Masallıda torpaqların şumlanması davam edir
04 dekabr 2020 | 16:00
Masallı DAİM-in direktoru Seymur Nuriyevdən aldığımız məlumata görə rayon üzrə mexanizatorlar 14711,5 hektardan çox sahədə şum vurub. Belə ki, rayonda gələn ilin məhsulu üçün 14622 hektar sahənin şumlanması proqnozlaşdırılmışdı. Hazırda Masallı rayonunda torpaq sahələrinin şumlanması işi - kənd təsərrüfatında ən məhsul dövrü hesab olunan yay şumu proqnozlaşdırıldığından çox sahədə davam etdirilir.