Masallida meyvə yığımı davam edir
04 dekabr 2020 | 16:00
Ötən il bağlardan 2826.1 ton məhsul toplayan Masallı bağbanları cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Masallı Rayon Statistika İdarəsinin müdir müavini Ülfət Məmmədovdan aldığımız məlumatda bildirilib ki, ki, məhsul yığımını mütəşəkkil keçirən bağbanlar rayonda mövcud olan 512.5 hektar meyvə bağından 2833.4 ton meyvə toplayıblar.
Yığılmış məhsulun 110.0 tonunu alma, 121.1 tonunu armud, 6.3 tonunu ərik, 231.6 tonunu alça, 13.1 tonunu gilas, 241.3 tonunu gavalı, 11.4 tonunu şaftalı, 4.3 tonunu fındıq, 543.2 tonunu nar, 575.0 tonunu heyva, 85.0 tonunu limon, 239.3 tonunu feyxua, 27.0 tonunu xurma təşkil edib.
Bağbanlar, həmçinin bağlardan 1429.0 ton giləmeyvə də toplayıblar.