Səmidxan ərazisində 4 hektar sahədə kələm becərilir
Səmidxan ərazisində fermerlər cari ilin sentyabr ayında 4 hektar sahədə payızlıq kələm əkini aparmışlar. Əkinə lazımi qaydada aqrotexniki qulluq və vaxtında becərmələr aparıldığından tarlalarda bol kələm məhsulu əmələ gəlmişdir.
Masallı RİHB-nın Səımidxan kənd inzibati ərazii dairəsi üzrə nümayəndəsi Həsən Allahverdiyevin verdiyi məlumata görə fermerlər yaxın günlərdə əkib becərdikləri payızlıq kələmi yerli bazara çıxaracaqlar.
Qeyd edək ki, Səmidxan fermerləri bu məhsulun yetişdirilməsində zəngin təcrübəyə malikdirlər. Bir zamanlar ərazi Ümumittifaq bostanı hesab olunurdu. Təkcə 300 hektara yaxın payızlıq kələm əkilirdi. Hər hektardan götürülən tərəvəz məhsulu proqnozlaşdırıldığından xeyli yüksək məhsuldar olurdu.