"Məktəblə arama məsafə qoyma" təşəbbüsü
“İnkişaf Zamanı” proqramı çərçivəsində “Education Hub”ın təşkilatçılığı və “MitOst” Assossiasiyasının dəstəyi ilə həyata keçirilən “Məktəblə arama məsafə qoyma” təşəbbüsü uğurla yekunlaşıb.
Təşəbbüs çərçivəsində Masallıdan və digər 5 rayondan olan 30-a yaxın məktəbli ilə birlikdə müxtəlif fəaliyyətlər həyat keçirilib.
Təşəbbüsün məqsədi kəndlərdə yaşayan uşaqların təhsilə marağının artırılmasına təşviq edilmək, kənd uşaqlarının məktəbdən kənar məşğuliyyətlərdə iştirakını təmin etmək, uşaqlarda özlərinə inamı gücləndirmək üçün müxtəlif fəaliyyətlər həyata keçirməkdir.
Bu məqsədlə məktəblilər üçün onlayn təlimlər keçirilib. Təlimlərdə sosial problemlər, təhsil və təhsilin formaları, sosial incəsənət, incəsənət alətləri, debat, onun quruluşu və prinsipləri mövzuları müzakirə edilib, interaktiv üsullardan istifadə olunub.
Təşəbbüsün növbəti mərhələsində təlimlərdə iştirak etmiş məktəblilər arasında “Təhsilsizlik sosial problemlərin əsas səbəbidir” mövzusunda onlayn debat oyunları baş tutub.
Təşəbbüs çərçivəsində kənd məktəblərində təhsil alan şagirdlər üçün online TfD çıxışlar təşkil edilib. Görüşdə Masallı və digər rayonların kəndlərindən 30-a qədər şagird iştirak edib.
Görüş zamanı spikerlər Elvin Dadaşsoy, Mehin Cəbrayılova, Aynur Zərrintac, Lalə Rəsulova, Ülviyyə Babasoy şagirdlərdə təhsilə maraq oyatmaq və onlarda özünə inamı artırmaq üçün öz uğur hekayələrini və təcrübələrini bölüşüblər.