Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI RAYON TƏHSİL ŞÖBƏSİNDƏ ONLAYN İCLAS

08 dekabr 2020 | 16:00

Masallı RTŞ tərəfindən rayon ümumtəhsil məktəblərində çalışan 400 nəfər təhsil işçisinin iştirakı ilə növbəti virtual iclas keçirildi.
İclasda ilk öncə Ulu Öndər Heydər Əliyevin vəfatının 17-ci ildönümü və II Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallıı RTŞ-nin müdiri Tariyel Əkbərov bildirdi ki, hazırda ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar müvafiq orqanlar tərəfindən lazımi tədbirlər aparılır. Bu baxımdan covid-19-a qarşı mübarizədə təhsil işçiləri də yaxından iştirak edirlər. O qeyd etdi ki, pandemiya ilə mübarizədə valideyn və şagirdlər arasında ciddi maarifləndirmə işləri aparılmalı, repetitorluq fəaliyyəti tamamilə məhdudlaşdirilmalıdır.
Eyni zamanda o, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin təbliğinin, təhsil müəssisələrində onlarla bağlı fotostendlərin hazırlanmasının , bu mövzuda inşa müsabiqələrinin keçirilməsinin, videoçarxların hazırlanmasının zəruri olduğunu bildirdi. Həmçinin qeyd olundu ki, torpaqlarımızın, o cümlədən Şuşa şəhərinin ışğaldan azad olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.
Daha sonra T.Əkbərov mövcud pandemiya vəziyyəti ilə əlaqədar tədrisin distant şəkildə təşkil olunduğunu vurğulayaraq məktəblər üzrə «Microsoft Teams» proqramına qoşulan şagird və müəllimlərin statistikasını iclas iştirakçılarının diqqətinı çatdırdı və bəzi məktəblədə bu platformaya qoşulanların sayca azlıq təşkil etdiyini bildirərək müvafiq tapşırıqlar verdi.
Masallı RTŞ-nin müdir müavini Samit İslamov rayon ümumtəhsil məkəblərində virtual dərslərin təşkili, elektron şagird yerdəyişməsi, şagird-məzun sisteminin mövcud vəziyyəti haqqında məlumat verdi.
Masallı RTŞ-nin böyük məsləhətçisi Qoşqar Hətəmov Təhsil Nazirliyinin F-512 nömrəli əmrinin məktəblərdə icra vəziyyəti, tədris-pedaqoji sənədlərin aparılması vəziyyəti, 10.12.2020-ci il tarixdə Qələbə paradının keçirilməsi və təbiət fənləri üzrə ixtisas müəllimlərinin ixtisasartıtma kurslarına cəlb olunması ilə bağlı məlumat verdi.
Sonda Mahmudavar kənd tam orta məktəbin tarix müəllimi Qumru Əbdülrza oğlu Əhmədovu, Yeddioymaq kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Mehri Seymur qızı Nurullayevanı və digər müəllimləri maraqlandıran suallar cavablandırıldı, onlara müvafiq tövsiyə və tapşırıqlar verildi.

Keçidlər