Masallıda “Zəfər günün mübarək Azərbaycan əsgəri” mövzusunda onlayn konfrans
Masallıda “Zəfər günün mübarək Azərbaycan əsgəri” mövzusunda onlayn konfrans keçirilmişdir.
09-dekabr 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə II Qarabağ müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi qələbə münasibəti və 10 dekabr 2020-ci il tarixdə keçiriləcək parad gününə həsr olunmuş, gənclər arasında “Zəfər günün mübarək Azərbaycan əsgəri” mövzusunda onlayn konfrans keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov çıxış edərək konfrans iştrkçıları rəşadətli Azərbaycan ordusunun qazadığı Zəfər Günü münasibəti ilə təbrik etmiş və bildirmişdir ki, Sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına cavab olaraq zəfər yürüşünə başlayan və 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər qazandığını diqqətə çatdırdı.
Tədbirdə Masallı “Gənclər evi” sosial xidmət müəssisəsinin derektoru vəzifəsini müvəffəqəti icra edən Tural Sadıqov, Masallı rayon Gənclər və İdman İdarəsinin könüllülərinin sədri İslam Ərzullazadə, gənc müəllim Rövşən Muxtarov çıxış edərək bildirdiliər ki, Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur. Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də Prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun məntiqi nəticəsidir. Bəli, bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəfər Ordumuzun gücünün, rəşadədtli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsi olduğunu vurğuladılar