Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yonca əkini davam edir

10 dekabr 2020 | 16:00

Yonca bitkisi heyvandarlıq məhsullarının artırılmasında əhəmiyyətli rol oynayır. Bunu nəzərə alan heyvandarlar rayonun ərazilərində 77 hektardan çox sahədə yonca əkmişlər.

Masallı DAİM-dən verilən məlumata görə əkin zamanı əlverişli torpaq sahəsi seçilib, suvarılması mümkün olan yer müəyyən olunub. Çünki, yonca əkinləri, yemlik yonca sahələrinə nisbətən daha çox su tələb edir. Suvarılmanın aparılması müddəti və miqdarı ot örtüyünün yaşından, səpin müddətindən və istifadə olunması məqsədindən asılıdır.

Yonca həyatının birinci ilində, ikinci ilinə nisbətən zəif boy atır və yatmır, odur ki, vegetasiya dövründə suvarmanın miqdarı iki illik əkinlərə nisbətən artıq olmamalıdır. Yoncanın vegetasiya suvarmalarının sayı 2-4 həddində olmalıdır.

Keçidlər