Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Qarabağ müharibəsi əlili yeni fərdi yaşayış evi ilə təmin edildi

11 dekabr 2020 | 16:00

Masallıda Qarabağ müharibəsi əlili yeni fərdi yaşayış evi ilə təmin edildi

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi qələbə münasibətilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı hər birimizdə bir daha böyük iftixar hissləri yaratdı. Cəmi 44 günlük bir müddətdə erməni faşizmini məhv edərək, ölkəmizin ərazi bütövlüyünü təmin edən qüdrətli Ordumuzla bir daha sonsuz qürur duyğuları yaşadıq.

Masallı rayonunda evin təqdim edilməsi tədbirində Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev iştirak ediblər.
H.Abdullayev Azərbaycanın şanlı tarixinin yazıldığı, xalqımızın qələbə sevinclərini yaşadığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi tədbirlərinin daha da uğurla davam etdirildiyini bildirib.
Yeni fərdi evlə təmin edilən Masallı rayon Şərəfə kənd sakini Qarabağ əlili Abbasov Rövşən Rəhim oğlu ona mənzilin təqdim edilməsinə, əlillərin sosial müdafiənin gücləndirilməsinə və rifah halının yaxşılaşdırılmasına göstərdiyi xüsusi qayğıya görə Prezident İlham Əliyevə öz təşəkkürünü ifadə etdi.

Keçidlər