Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar onlayn konfrans

11 dekabr 2020 | 16:00

Masallıda Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq gənclərin iştrakı ilə onlayn konfrans  keçirilmişdir.
         11 dekabr 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq  gənclərin iştrakı ilə onlayn  konfrans  keçirilmişdir.
Tədbirdə iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
             Sonra tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib - deyən Camal Manafov vurğulayıb ki, xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər günü-gündən artmaqda davam etdiyini bildirdi.
             Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman məktəbinin məşqçi-müəllimi,əməkdar məşqçi Xanağa Quliyev  çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycanda idmanın kütləviliyinin təmin olunması, bu sahənin tərəqqisi, dünya şöhrətli idmançıların hazırlanması ilə bağlı görülən işlər böyük vüsət aldı.İdmanı, bədən tərbiyəsini xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahə adlandıran Ümummilli Lider dövlətimizin dünyada tanınmasında, nüfuzunun yüksəlməsində idmanın mühüm rolunu qeyd edərək deyirdi: “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".Heydər Əliyevin müdrik rəhbərliyi, uzaqgörən siyasəti sayəsində Azərbaycan qısa zamanda mühüm nailiyyətlər qazandı. Eləcə də bədən tərbiyəsi və idman sahəsində də möhtəşəm qələbələr əldə edildi.
           Daha sonra tədbirdə Masallı rayon Güllütəpə kənd tam orta məktəbinin fəal gənc müəllimi Qoşqar Səmədov, Qızılağac kənd tam orta məktəbinin tarix müəllimi Sərxan Əhmədov çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdılar. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğu qeyd etdilər

Keçidlər