Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri anıldı
12 dekabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Masallı şəhər Heydər Əliyev Parkında xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev masallılar tərəfindən anıldı.
Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da Ulu öndərin vəfatının 17-ci ildönümü dərin hüznlə anıldı.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, YAP Masallı rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ Müharibəsi Veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə tər qərənfil dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər ruhuna dualar oxudular.