Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər 1 saylı tam orta məktəbində 20 yanvar şəhidləri anıldı

16 yanvar 2015 | 16:00

16 yanvar 2015-ci il tarixdə R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində 20 yanvar faciəsinin 25 illiyi ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Mərasimi R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin direktoru, “Əməkdar müəllim” Mirqabil Hüseynov açaraq Azərbaycan xalqının müstəqilliyinin əldə olunmasında 20 yanvar 1990-cı il hadisələrinin böyük rolunun olduğunu vurğuladı.
Sonra R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin tədris işləri üzrə müavini Sahil Fərzəliyev məruzə ilə çıxış etdi.
Mərasimdə iştirak edən Masallı rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Nuranə Əliyeva 20 yanvar hadisələrinin Azərbaycan xalqının qanlı və şanlı tarixi olduğunu mərasim iştirakçılarının nəzərinə çatdırdı.
Sonda R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Qanlı yanvar”a həsr olunmuş bədii kompozisiya təqdim edildi.

Keçidlər