Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə
1. 12 dekabr 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən rayon Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat, 4 ərazidə 6 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
12 dekabr 2020-ci il tarixdə 943 nəfərlə görüşülmüş və onlardan 23 nəfərin maskasız olması müəyyən edilmişdir.
3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
12 dekabr 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2307 nəfərlə görüşülmüş, onlardan 372 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.
4. 12 dekabr 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3250 nəfərlə görüşülmüş və 395 nəfərin maskasız olması müəyyən olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 27500 ədəd tibbi maska və 895 litr tibbi spirt paylanmışdır.
5. 12 dekabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Rayon ərazisində reydlər davam etdirilir.
6. 12 dekabr 2020-ci il tarixdə koronavirusla bağlı 25 nəfərdən yaxma götürülmüşdür Ümumilikdə rayon üzrə 13396 nəfərdən yaxma götürülmüşdür.