Şriftin ölçüsü :

Saytın rəngi :

QIZILAĞACDA TUT TİNGLƏRİ ƏKİLİR

14 dekabr 2020 | 16:00

Masallıda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu sahəyə diqqət artırılır, yem bazasını möhkəmləndirmək məqsədilə yeni-yeni tut bağları salınır. Artıq Masallı rayonunda tinglərin əkininə başlanılıb. Bu iş Qızılağac kəndində də yaxşı təşkil olunub. Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədovun verdiyi məlumatda bildirilir ki, əkin Qızılağac kənd 2 saylı tam orta məktəbinin ərazisində aparılır. Ərazidə 170 ədəd tut tingi əkilib. Ting əkiləcək yerlərə əvvəlcədən aqrotexniki qulluq göstərilib. Tinglərin əkinində mütəxəssislər öz məsləhətlərini verirlər. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.

Keçidlər