Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon təhsil işçilərinin növbəti virtual iclası

15 dekabr 2020 | 16:00

Masallı Rayon Təhsil Şöbəsi əməkdaşları ilə rayon ümumtəhsil məktəblərində çalışan 400 nəfər təhsil işçisinin iştirakı ilə növbəti virtual iclas keçirildi.
İclasda Qarabağ müharibəsində həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov çıxış edərək bildirdi ki, hazırda ölkəmizdə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqədar müvafiq orqanlar tərəfindən lazımi tədbirlər aparılır. Elə bu gündən rayonumuzda sərt karantin rejmi tətbiq edilmişdir. Bu səbəbdən koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə mübarizədə valideyn və şagirdlər arasında ciddi maarifləndirmə işləri aparılmalı, repetitorluq fəaliyyəti tamamilə dayandırlmalıdır. Eyni zamanda o, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin təbliğinin, təhsil müəssisələrində onlarla bağlı fotostendlərin hazırlanmasının, bu mövzuda inşa müsabiqələrinin keçirilməsinin, videoçarxların hazırlanmasının zəruri olduğunu bildirdi. Daha sonra T.Əkbərov mövcud pandemiya vəziyyəti ilə əlaqədar tədrisin distant şəkildə təşkil olunduğunu vurğulayaraq məktəblər üzrə Microsoft Teams proqramına qoşulan şagird və müəllimlərin statistikasını iclas iştirakçılarının diqqətinı çatdırdı və bəzi məktəblərdə bu platformaya qoşulanların sayca azlıq təşkil etdiyini bildirərək müvafiq tapşırıqlar verdi.
Masallı RTŞ-nin müdir müavini Samit İslamov rayon ümumtəhsil məkəblərində virtual dərslərin təşkili, elektron şagird yerdəyişməsi, şagird-məzun sisteminin mövcud vəziyyəti, ,,Virtual məktəb”də 19 dekabr 2020-ci il tarixdə saat 14-00-da IV, VI, IX sinif şagirdləri üçün tədris dili, riyaziyyat, xarici (ingilis) dil fənləri üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə Milli Qiymətləndirmənin təşkil ediləcəyi bardə məlumat verdi.
Masallı RTŞ-nin böyük məsləhətçisi Qoşqar Hətəmov Təhsil Nazirliyinin «F-512 ,F-420» nömrəli əmrlərinin məktəblərdə icra vəziyyəti, «NƏ?,HARADA ?,NƏ ZAMAN?» intelektual oyunlara hazırlığın vəziyyəti ,tədris-pedaqoji sənədlərin aparılması vəziyyəti, erkən nikahın qarşısının alınması sahəsimdə təhsil işçilərinin gördüyü işlər barədə məlumat verdi.
Daha sonra RTŞ-nin metodisti Əkbər Mahmudov fənn olimpiadalarına hazırlıq, Nazim İsrafilov burarxılış imtahanlarına hazırlıq barədə məlumat verdilər.
Şuraya dəvət edilmiş GÇH fənnini tədris edən müəllimlərdən Xırmandalı kənd tam orta məktəbinin müəllimi Ağabala Sarıbala oğlu Əhmədov və Lürən kənd tam orta məktəbinin müəllimi Əlövsət Zəbi oğlu Şahverdiyev şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında öhdələrinə düşən vəzifələrin yerinə yetirmələri barədə məlumat verdilər.
Sonda növbəti virtual iclasda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, onlara müvafiq tövsiyə və tapşırıqlar verildi.

Keçidlər