Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda doqquz mindən çox tut tingi əkilib

15 dekabr 2020 | 16:00

Masallıda baramaçılıq köhnə təsərrüfat sahəsidir. Uzun illərdir ki, rayonda ipəkqurdu bəslənilir və yaxşı nəticə əldə olunur. Amma, 90-cı illərdən sonra bu sahəyə diqqət azalmışdı.
Baranmaçılıq təsərrüfatları Masallıda yenidən bərpa olunur, rayonda bu  rentabelli və məhsuldar işə qoşulan vətəndaş kümçülərin sayı çoxalır.
Kümçülər bu il hava şəraitinin əlverişsiz olmasına baxmayaraq qəbul məntəqəsinə 2287,5 kiloqramdan çox barama göndərə biliblər.
Səmidxan kəndi kümçülərinin bu sahədəki nəticələri uğurludur. Onlar 201 kiloqram məhsul istehsal ediblər.
Bədəlan, Öncəqala, Hişkədərə baramaçıları da fərqləniblər.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri bildiriblər ki, rayonumuzda gəlirli sahənin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni tut bağları salınıb və bu istiqamətdə işlər, ağacəkmə aksiyası bu ilin son günlərində də davam etdirilir. Demək olar ki, bütün ərazilərdə bu mühüm kampaniya uğurla davam edib. Artıq 9070 ədəd yerli tut tingi rayona gətirilərək ərazilər üzrə əkilib.
Tinglərin əkilməsində mütəxəssislər yaxından iştirak ediblər.
Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizə olunur.

Keçidlər