Çay plantasiyalarında qış becərməsinə başlanıb
“Azərsun Holdinq” Kolatan kəndinin "Sığaçola” (Daşlı çala) deyilən ərazisində çay plantasiyalarında cərgəaralarında qış becərməsi aparır.
Cari ildə çay plantasiyalardan 10 ton məhsul yığan çay ustaları növbəti ildə uğurlarını artırmaq üçün aqrotexniki qaydaların keyfiyyətini daha da yüksəltməyə çalışırlar.
Çaybecərənlər bu günlərdə 20 hektar tarlada təmir işini də başa çatdırmışdır. Hazırda plantasiyalarda toxum tədarük edilir.
Qeyd edək ki, Masallı Rayon Statistika İdarəsindən daxil olan məlumatda Azərbaycanın subtropik zonasında yerləşən Masallıda sovetlər dönəmində 3100 hektaradək çay plantasiyası mövcud olduğu bildirilir. Bu sahələrdən 10 min tondan çox yaşıl çay yarpağı yığılırdı və rayonda fəaliyyət göstərən 5 çay fabrikinə təhvil verilirdi. Hazırda isə rayonda 118,2 hektar çay sahəsi var.