Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
18 dekabr 2020 | 16:00
18 dekabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı 3 nəfər rayon sakinin hər biri 100 manat, 1 nəfər rayon sakini isə 200 manat olmaqla ümumilikə 4 nəfər rayon sakini 500 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.