Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir

19 dekabr 2020 | 16:00

19 dekabr 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı 2 nəfər rayon sakinin hər biri 200 manat, 1 nəfər rayon sakini isə 100 manat olmaqla ümumilikə 3 nəfər rayon sakini 400 manat məbləğində cərimə olunmuş və 1 nəfər inzibati qaydada həbs olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər