Masallıda proqnozdan artıq şum vurulması davam edir
19 dekabr 2020 | 16:00
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyevdən aldığımız məlumata görə 19 dekabr 2020-ci il tarixə kimi rayon üzrə mexanizatorlar 15433,5 hektar sahədə şum vurub. Belə ki, rayonda gələn ilin məhsulu üçün 14622 hektar sahənin şumlanması proqnozlaşdırılmışdı.
Hazırda Masallı rayonunda torpaq sahələrinin şumlanması işi davam edir.
Masallı rayonunda kənd təsərrüfatında ən məhsul dövr hesab olunan yay şumu proqnozlaşdırıldığından 811,5 hektar çox sahədə başa çatdırılmışdır.