Viləş ərazisində taxıl əkini
Viləş ərazisində fermerlər bu mövsümdə 338 hektar sahədə buğda əkmişlər ki, bu da ötən illə müqayisədə 118 hektar çoxdur.
Masallı RİHB-nın Viləş kənd inzibati ərazii dairəsi üzrə nümayəndəsi Alim Ələmovdan aldığımız məlumata görə taxılçılar 636 hektardan çox sahəyə arpa, buğda və vələmir toxumu səpmişlər. Artıq yaşıl cücərtilər gələn ilin bol taxıl məhsulundan xəbər verir.
Fermerlərdən İlham Nuriyev, Yunus Nurullayev, Elmidar Baxşəliyev bu sahədə fərqlənirlər.
Ərazidə heyvandarlığın inkişafı üçün əsaslı tədbirlər həyata keçirilir. Bunun üçün qaba və şirəli yemlərin tədarükünə daim diqqət yetirilir. Əvvəlki illərdə 20 hektar sahədə yonca yetişdirən fermerlər bu il daha 6 hektar sahəyə yonca toxumu səpmişlər.