Masallı tərəvəz sahələri
Masallı tərəvəz sahələrindən 15 min tondan çox badımcan yığılıb
Masallı rayonunun ərazilərində tərəvəz yığımı başa çatmaq üzrədir. Cari ilin 11 ayı ərzində məhsul istehsalçıları becərdikləri badımcan sahəsindən 15339.9 ton məhsul tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 649.6 ton çoxdur.
Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədovdan aldığımız məlumata görə əkinçilər cari ilin məhsulu üçün erkən yazda 522.3 hektar sahədə badımcan əkiblər ki, bu da ötən ildəkindən 22.1 hektar çoxdur. Əkinçilər becərdikləri badımcan sahələrindən 15339.9 ton məhsul tədarük ediblər. Hər hektarın məhsuldarlığı 294 sentner olub. Keçən ildə isə Masallı rayonunda badımcan əkini 500.2 hektar olmuşdur. Həmin sahələrdən 14690.3 ton məhsul tədaruk olunmuşdur.