Aprel və İkinci Qarabağ döyüşlərinin qəhrəmanı - Elmir Akifzadə
Elmir Gündüz oğlu Akifzadə 1 sentyabr 1997-ci ildə Masallı rayonunun Bambaşı kəndində anadan olmuşdur.
Ailənin tək oğlu olan Elmir 2004-cü ildə Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin birinci sinfinə getmiş, təhsilini Bakı şəhəri 246 nömrəli tam orta məktəbdə davam etdirmişdir.
Daha sonra 2008-ci ildə yenidən Bambaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbinə qəbul olunmuş və 2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.
2015-ci ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunun “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır.
Aprel döyüşlərində iştirakından sonra Fəxri Fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.
Hərbi xidmətdən qayıtdıqdan sonra, 2018-ci ildə Rusiya Federasiyasının Kazan şəhərinə yollanan Elmir elə həmin ildə də Kazan Dövlət Universitetinin Maliyyə - İqisad fakültəsinə daxil olmuşdur.
2020-ci ilin iyul aynda mənfur düşmənin ölkəmizə hücumu məruz qalan zaman Tovuz döyüşlərində iştirak emək üçün Kazan şəhərində, təhsil aldığı Univeristeti yarımçıq qoyub Azərbaycana geri dönərək Vətənini erməni faşizimindən azad etmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayonunda yerləşən şöbəsinə müraciət etmişdir.
2020-ci ilin sentyabr ayının 29-da məqsədinə nail olaraq II Qarabağ döyüşlərində qatılmış və Füzuli rayonun azad olunmasında böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
2020-ci il oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
18 dekabr 2020-ci ildə Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında" Sərəncamı ilə ölümündən sonra şəhid Elmir Gündüz oğlu Akifzadə də “Vətən uğrunda “ medalı ilə təltif olunmuşdur.