Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid çavuş Namiq Bağırov

23 dekabr 2020 | 16:00

    Namiq Nurəddin oğlu Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olmuşdur. 1992-2003-cü illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil almışdır.

    Namiq Bağırov 2003-2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

      Hərbi xidmətdən sonra ali təhsil almaq, arzularına qovuşmaq istəyirdi. Amma torpaqlarımızın düşmən tapdağı altında olması onun qəlbini incidirdi. Hələ uşaq ikən televizordan izlədiyi “20 Yanvar faciəsi”, “Xocalı faciəsi” və digər erməni fəlakətləri onun qəlbində düşmənə nifrət hissini alovlandırırdı.
      Elə bu istəklə arzularının üstündən qələm çəkib müddətdən artıq hərbi xidmətə başladı.
      Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci ilin sentyabr ayının 29-da Füzuli rayonun azad olunmasında gedən qanlı vuruşmalarda fəal iştirak etmiş, böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
     Namiq Bağırov Vətən müharibəsinin şəhididir. 08 oktyabr 2020-ci iul tarixdə Masallı rayonunun Çaxırlı kənd qəbiristanlığında dəfn olunub. Ailəli idi. Bir qızı yadigar qalıb.

Keçidlər