Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid leytenant Zaur Hüseynov

24 dekabr 2020 | 16:00

Zaur Vaqif oğlu Hüseynov 24 iyun 1995 — ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.

Kənd tam orta məktəbinin 9-cu sinfini, C.Naxçıvanski adına hərbi liseyini bitirmişdir.

İki il əvvəl Hərbi Akademiyanı bitirib “N” saylı hərbi hissədə xidmətə başlamışdı.

Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı  təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.

İgid zabitimiz idarə etdiyi BMP-si ilə düşmənin bir neçə müdafiə istehkamını məhv etmişdir.

Füzuli istiqamətində gedən şiddətli döyüşlərin birində Masallı rayonunun Hişkədərə kəndində doğulub boya-başa çatan, Azərbaycan Ordusunun leytenantı olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibədə, elə sentyabrın 27-də qəhrəmancasına şəhid olmuşdur. Sentyabrın 28-də şəhid Zaur Hüseynovun nəşi doğma kəndində torpağa tapşırıldı.

Ailəli idi. Bir qız uşağı yadigar qaldı.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Hişkədərə kəndindən olan Vətən müharibəsinin şəhidi leytenant Hüseynov Zaur Vaqif oğlu ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Keçidlər