Masallı rayonunda qarğıdalının inkişafı
Masallı rayonunun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı başa çatıb.
Masallılı fermerlər bu il qarğıdalı sahələrindən rekord miqdarda – 412.2 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 34.0 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki il ilə müqayisədə 222.2 ton artıb.
Bu barədə Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədov məlumat verilib.
Bildirilib ki, bu il rayonda 121.2 (o cumleden 55.7 hektarı təkrar əkindi) hektar sahədə qarğıdalı yetişdirilib. Torpaq mülkiyyətçiləri cari mövsümdə qarğıdalı sahələrindən 412.2 ton məhsul tədarük ediblər. Hər hektarda orta məhsuldarlıq 34.0 sentner olub. Məhsuldarlıq ötən illə müqayisədə hər hektara görə 0.9 sentner artıb. Keçən illə nisbətən 63.9 hektar qarğıdalı Masallı fermerlər tərəfindən çox əkilmişdir. Buna səbəb təkrar qarğıdalı bitkisinin əkilməsi olmuşdur