Tarix yazan tarix müəllimi...
Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin qabaqcıl və gənc tarix müəllimi Əli Oktay oğlu Alışlı əsl vətəndaş, vətənpərvər bir ziyalıdır. Masallı Rayon Təhsil Şöbəsinin və çalışdığı məktəbin bütün kollektivi onunla fəxr edir və qürur duyurlar.
Dediklərimizi sübuta yetirmək üçün bildirmək istəyirik ki, Əli müəllim hal — hazırda cəbhə bölgəsindədir. Necə deyərlər, tarixdən şagirdlərinə dərs keçən bacarıqlı pedaqoq cəbhə xəttində həm tarix yazır, həm də şagirdlərinə onlayn dərs tədsrisini davam etdirir. Lap ilk günlərdən döyüş meydanına atılan, mənfur ernənilərlə döyüşən gənc müəllim əyani olaraq dərs keçdiyi şagirdlərinə Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin tarixdə misli görünməmiş İkinci Qarabağ uğrunda gedən müasir döyüş taktikasından danışır. Danışır ki, bu müharibə Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşəcək. Bizim döyüşçülər böyük əsgərlər kimi tarixdə qalacaqlar. Ən əvvəl ona görə ki, xalq Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandanının ətrafında sıx birləşib. 50 mindən çox adam Qarabağın işğaldan azad olunmasında könüllülər kimi iştirak etmək üçün ərizə ilə müraciət edib. Azərbaycan Ordusu dağlıq ərazidə, minalanmış torpaqlarda hədsiz çətin döyüş şəraitinə davam gətirərək, əsl şücaət və mərdlik göstərdi və qələbə qazandı. Bu döyüş əməliyyatları dövründə erməni ordusu və ermənilərin digər silahlı dəstələri Azərbaycan Ordusunun yüksək peşəkarlığı qarşısında Qarabağı tərk etməyə məcbur olacaqlar. İkinci Qarabağ müharibəsində Qələbəyə görə məktəblilər də xüsusi qürur hissi keçirirlər.
Əlbəttə, danışmağa söz çoxdur. Əsl vətənpərvər Əli müəllim sevimli şagirdlərinin onları maraqlandıran suallarına da cavab verir. Və deyir ki, məktəbə qayıtdıqdan sonra bu mövzuda söhbətlərimizi davam etdirəcəyik.
Şagirdlər də öz növbələrində sevimli müəllimindən ayrılmaq istəmirlər, onun yolunu məktəbdə gözləyirlər.