Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 10 min hektardan çox sahədə payızlıq taxıl əkilib

26 dekabr 2020 | 16:00

Masallıda başqa sahələrə yanaşı taxılçılıq da əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan istehsalçılara  əlavə subsidiya verilməsi bu sahəyə marağı artırıb. İndi rayonda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və taxıl istehsalı ilbəil artır.

Masallı Rayon Statistika İdarəsinin rəis müavini Ülfət Məmmədov redfaksiyamıza bildirib ki, cari ildə 9634 hektar taxıl sahəsindən 22116.4 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 16905 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunub.

Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 10038 hektar sahədə səpin aparıblar ki, bunun da 2732 hektarı arpa, 7306 hektarı isə buğda sahəsidir.

Taxılçılar, həmçinin 3012.5 hektar sahədə yaşıl yem üçün xəsil də əkiblər.

Keçən il ilə müqayisədədə gələn ilin məhsulu üçün rayonda 38 hektar arpa az, 428 hektar buğda çox əkilmişdır. Bundan başqa 332.5 hektar yaşıl yem üçün xəsil də çox əkilmişdır.

Rayonun Təklə, Viləş, Qarğalıq, Həsənli və Çaxırlı  kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak etmişlər.

Keçidlər