Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının istixana təsərrüfatları

27 dekabr 2020 | 16:00

Masallı rayonundakı istixana təsərrüfatlarında 223.0 ton tərəvəz məhsulları istehsal edilib.

Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilib ki, Masallı rayonunda 10 hektar sahədə müasir texnologiya ilə fəaliyyət göstərən istixana təsərrüfatları yaradılıb. İndiyədək həmin təsərrüfatlardan 223 ton pomidor yığılıb.

Bildirilib ki, rayonda fəaliyyət göstərən istixana təsərrüfatlarında tərəvəz məhsulları, əsasən də pomidor yetişdirilir. Builki mövsümdə yetişdirilən məhsulların çoxu yerli bazarlara çatışa çıxarılıb.

Keçidlər