Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda payızlıq taxıl əkini başa çatıb

01 yanvar 2021 | 16:00

Taxılçılıq Masallı rayonunda əsas təsərrüfat sahələrindəndir. Dövlət tərəfindən kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən taxılçılıqla məşğul olan məhsul istehsalçılarına subsidiyaların verilməsi rayonda bu sahəyə marağı artırıb. Hazırda Masallıda yüzlərlə fermer təsərrüfatın bu sahəsi ilə məşğul olur və rayonda taxıl istehsalı ilbəil artır.

Masallı Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ildə rayonda 9 min 634 hektar taxıl sahəsindən 22 min 116,4 ton məhsul götürən fermerlər bu göstəricini növbəti təsərrüfat ilində daha da artırmaq üçün səpin kampaniyasına ciddi hazırlaşıblar. Bu məqsədlə 17 min 219 hektar sahədə şum aparılıb, fermerlər yüksək reproduksiyalı toxum sortları və səpin aqreqatları, müxtəlif növ maşın və mexanizmlərlə təmin olunublar.

Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 10 min 338 hektar sahədə səpin aparıblar. Bunun 2 min 842 hektarı arpa, 7 min 496 hektarı isə buğda sahəsidir. Taxılçılar, həmçinin 3012,5 hektar sahədə yaşıl yem üçün xəsil də əkiblər.

Ötən ilə müqayisədə rayonda arpa sahəsi 72 hektar, buğda sahəsi ilə 618 hektar artıb.

Rayonun Təklə, Viləş, Qarğalıq, Həsənli və Çaxırlı kəndlərində fəaliyyət göstərən fermerlər taxıl səpinində daha fəal iştirak ediblər.

Keçidlər