Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda pandemiya ilə bağlı ümumi vəziyyət və görülmüş işlər barədə

02 yanvar 2021 | 16:00

1. 01 yanvar 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyası tərəfindən rayon  Rayon Mərkəzi Xəstəxanası, Mərkəzi Poçt, 5 bankın qarşısı, 9 terminal, 14 bankomat və 1 ərazidə 1 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
 
2. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı şəhərində 80 nəfərdən ibarət 20 mobil qrup (RİH, Polis şöbəsi, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır.
01 yanvar 2020-ci il tarixdə 1062 nəfərlə görüşülmüş və onlardan 11 nəfərin maskasız olması müəyyən edilmişdir.

3. Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə rayon İcra hakimiyyəti Başçısının tapşırığı ilə rayonun 2 qəsəbə və 100 kəndində 368 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır.
01 yanvar 2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən 2113 nəfərlə görüşülmüş, onlardan 241 nəfərin maskasız olması müəyyən olunmuş və onlarla maarifləndirici söhbətlər aparılmışdır.

4. 01 yanvar 2020-ci il tarixdə rayon üzrə ümumilikdə 448 nəfərdən ibarət 112 mobil qrup tərəfindən 3175 nəfərlə görüşülmüş və 252 nəfərin maskasız olması müəyyən olunmuşdur.
Həmçinin pandemiya dövründə vətəndaşlara ümumilikdə 28500 ədəd tibbi maska və 901 litr tibbi spirt paylanmışdır.

5. 01 yanvar 2020-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 1 nəfər rayon sakini 100 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.

   6. 01 yanvar 2020-ci il tarixdə koronavirusla bağlı 6 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon üzrə 13765 nəfərdən yaxma götürülmüşdür.

Keçidlər