Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhid ailələri və qazilərə qayğı

04 yanvar 2021 | 16:00

Masallı rayon İcra hakimiyyətinin əməkdaşlarının şəhid ailələri və qazilərə qayğısı mövcud karantin qaydaları gözlənilməklə hər gün daha da genişlənir.

Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, aparatın əməkdaşları və rayon Mərkəzi Xəstəxanasının həkimi rayonun Viləş kəndində olan qazilər gizir Abışov İdrak Valeh oğlu, çavuş Ağayev Rəcəb Həsrət oğlu, əsgərlər Abdullayev Yadulla Zaur oğlu və Səfərli Xəyal Mübariz oğluna, o cümlədən Xırmandalı kəndindən olan qazi əsgərlər Həsənov Pərvin Telman oğlu, Qasımov İbrahim Seyran oğlu, Çobanov Emin Elxan oğlu və Qurbanov Nəzər Qüdrət oğluna, həmçinin Həsənli inzibati ərazi dairəsinin Köçəkli kəndindən olan qazilər Baş leytenant Qaraşov Taleh Ağamalı oğlu, əsgərlər Əhədli Zaur Əlirza oğlu, Kərimov Araz Nəzər oğlu və Abıyev Ruslan İsa oğluna baş çəkmiş onların səhətləri ilə maraqlanmış, həkim tərəfindən müayinə olunmuş və onları narahat edən məsələlər barədə söhbət aparmışlar.

Eləcə də rayon rəsmiləri Köçəkli kəndindən olan şəhid gizir İntiqam Yavər oğlu Abbasovun evində olmuş anası ilə görüşmüş, həkim tərəfindən mayinə olunmuş və problemləri ilə maraqlanmışlar.

Şəhid anası başda olmaqla bütün qazilər və valideynləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri Ali Baş Komandan Cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova və rayon İcra haikimiyyətinin kollektivinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər