Masallıda karantin qaydalarının pozulmasına qarşı reydlər davam edir
07 yanvar 2021 | 16:00
07 yanvar 2021-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, rayon Polis şöbəsinin bölmə və sahə rəislərinin birgə iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində koronavirusla bağlı reyd keçirilmişdir. Reyd zamanı karantin rejimi qaydalarını pozduğu üçün 1 nəfər rayon sakini 200 manat və 1 nəfər rayon sakini 100 manat olmaqla ümumilikdə 300 manat məbləğində cərimə olunmuşdur. Rayon ərazisində reydlər davam etdirilir.