YOLLAR TƏMİR OLUNUR
08 yanvar 2021 | 16:00
47 nömrəli yol istismarı MMC-nin kollektivi qışa hazırlıq və yolların cari təmir işlərini davam etdirir.
MMC-nin aparıcı mühəndisi Məmmədağa Dadaşovdan aldığımız məlumatda göstərilir ki, yol ustaları Ələt – Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində (154 – 179 – cu kilometrliyində), habelə Masallı – Yardımlı yolunun 0,17 – ci, Ərkivan - Boradigah – Rüdəkənar yollarında nəzərdə tutulmuş cari təmir işlərinin 80 faizini başa çatdırmışlar.
Kollektiv qəşa hazırlıqla əlaqədar sürüşkən yerlərdə, yol qovşaqları və körpülərin giriş – çıxışında qum materialı tədarükünü də görmüşdür.