RHİM İB-nin sədri Masallıda şəhid ailələri ilə görüşdü
Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova rayonun şəhidləri Hişkədərə kəndində leytenant Zaur Hüseynov, əsgər İbrahim Lələyev, Boradigah qəsəbəsində əsgər İbrahim Rükabzadə, Kolatan kəndində əsgər Əli Quliyev, Banbaşı kəndində əsgər Elmir Akifzadə, Təzə Alvadı kəndində əsgər Sənan Səlimov, Qızılağac kəndində əsgər Əlisa ƏliyevSərçuvar kəndində əsgər Səməndər İsgəndərov və Xıl kəndində əsgər Elgün Mikayıllının ailəsi ilə görüşmüşlər.
Görüş zamanı şəhidlərlə bağlı xatirələr bölüşülüb və rəsmilər şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıblar.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri Ali Baş Komandan Cənab İlham Əliyevə, rayon rəhbərliyinə və İctimai Birliyin sədrinə dərin minnətdarlıqlarını bildirmişlər.