Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı RT Qadınlar Şurasının şəhid ailələri və qaziləri ziyarəti davam edir

10 yanvar 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvləri şəhid ailələri və qazilərə baş çəkmişlər.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının sədri Gülşən Xəlilovanın rəhbərliyi ilə Şura üzvləri Vətən Müharibəsi Şəhidləri Köçəkli kəndində gizir Abbasov Intiqam Yaver oğlu, əsgərlər Kəlbəhüseynli kəndində Gõzəlov Ziya Zahid oğlu, Vəliyev Məhəmməd Nail oğlu, Böyük Xocavar kəndində Əliyev Məhəmməd İlham oğlu, Masallı şəhərində Nəfəsov Murad Ocaqdurdu oğlu və Ərəb kəndində Qasımov Cəbrayıl Baloğlan oğlunun ailəsinə baş çəkmişlər, ailə üzvləri şəhidlərin xatirələrini bölüşmüşlər. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Qadınlar Şurasının üzvləri də öz növbələrində qəhrəman övlad böyüdən şəhid valideynlərinə daim onların yanında olduqlarını bildirmişlər. Şəhid ailələri də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonra Şura üzvləri Sarıcəfərli kəndində qazi, əsgər Abbasov Nurlan Həsənəli oğlunu ziyarət etmiş, səhəti ilə maraqlanmış və Vətən Müharibəsi qəhrəmanı olmuş qazimizə daim dəstək olmağa hazır olduqlarını bildirmişlər. Qazi Məhəmməd Səlimov da öz növbəsində göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirmişdir.

Keçidlər