Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Səməndər İsgəndərov

12 yanvar 2021 | 16:00

Səməndər Vahid oğlu İsgəndərov ​​​​23 iyun 1996-cı ildə  Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbini bitirdikdən sonra, 2014-cü ildə Masallı rayonundan həqiqi hərbi xidmətə yola salınır. «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini topçu kimi uğurla başa vurub. 

27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində bir çox istiqamətlərdə gedən şiddətli döyüşlərdə qəhrəmanlıq və igidlik göstərən Səməndər düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və itkimizin az olması üçün yaralı əsgərlərimizi döyüş meydanından çıxarmaqdan ötrü əlindən gələni əsirgəməmişdir.
Döyüşdə böyük şücaət göstərən Səməndər İsgəndərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Səməndər Vahid oğlu İsgəndərov Sərçuvar kənd qəbiristanlığında izdihamla torpağa tapşırıldı.
Subay idi. 6 ay idi ki, nişanlanmışdı...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Səməndər Vahid oğlu İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Keçidlər