Şriftin ölçüsü :

Saytın rəngi :

ÜMUMMİLLİ  LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ  ANILDI

13 dekabr 2012 | 16:00

12 dekabr 2012-ci il tarixdə ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü Masallı rayonunda dahi şəxsiyyətə layiq xatirə tədbirləri ilə anılıb. Bu gün səhər saatlarından başlayaraq minlərlə rayon sakini rayonun mərkəzində yerləşən H.Əliyev parkına axışaraq ulu öndərin xatirəsəsinə ucaldılmış abidəni ziyarət edib. Onu müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildirmişlər.
Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Heydər Əliyevin abidəsinin önünə əklillər, təzə-tər güllər dəstələri qoyaraq ruhuna dualar oxumuşlar.

Keçidlər