Masallıda cənub zəfaranının inkişafı
13 yanvar 2021 | 16:00
Masallı fermerləri 27.1 hektar sahədə cənub zəfaranı əkiblər. Məhsul istehsalçıları bitkilərə yaxşı qulluq etdiklərinə görə sahələrdə bol məhsul yetişdirmişlər. Masallı Rayon Statistika idarəsinin rəisi Sübhan Hüseynov bildirib ki, bu mövsüm Masallı əkinçiləri 27.1 hektar sahədə cənub zəfaranı yetişdirmişlər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdən bol məhsul əldə edilmişdir. Əkinçilər əkdikləri cənub zəfaranı əkin sahəsindən 495 kiloqram məhsul götürüblər. Keçən il hər hektarın məhsuldarlığı 18.3 kiloqram olub. 2019-cu il ilə müqayisədə cənub zəfaranı 5.1 hektar və 115 kiloqram çox məhsul toplanmışdır.