Şriftin ölçüsü :

Saytın rəngi :

“Ağıl Dəryası” intellektual bilik yarışı üzrə Rayon birinciliyi

03 mart 2015 | 16:00

03 Mart 2015-ci il tarixdə  Gənclər Mərkəzində  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Təhsil şöbəsinin dəstəyi ilə  Orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında “Ağıl Dəryası” intellektual bilik yarışı üzrə Rayon birinciliyi keçirilmişdir.
         Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsinə gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hərtərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Sonra  istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi dövlətin gənclər siyasətinin əsas tərkib hissəsi olduğunu və yarışın əhəmiyyətinidən , gənclərin  yüksək intellektə və biliyə sahib olduğunndan danışdı.
         Oyunun qayda və şərtləri iştirakçılara izah olunduqdan sonra yarışa start verildi. Gərgin keçən mübarizədə 20  məktəbin komandası öz bilik və bacarıqlarını sınamışlar. Yarışın yekununa əsasən Bala Kolatan kənd tam orta məktəbinin komamndası I  yerə, Masallı şəhər 3 saylı tam orta məktəbin komandası II yerə, S.Tağıyev adına Digah tam orta məktəbin komandası III yerə layiq görülmüşlər. Yarışda fərqləndiyinə görə N.Əbilov adına Kəlbəheseynli kənd tam orta məktəbin komandası diplomla mükafatlandırıldı.. Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən  Kubok ,diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.

Keçidlər