Masallıda 20 Yanvar şəhidləri anıldı
20 Yanvar 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Ümumxalq Hüzn Günü Masallı şəhər Qəhrəmanlar parkında-şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə xüsusi karantin rejimi qaydaları gözlənilərək, ara məsafəsi saxlanılmaqla 20 Yanvar şəhidləri anıldı.
Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da 20 Yanvar şəhidlərinin 31-ci ildönümü masallılar tərəfindən böyük ehtiramla yad olundu.
Ümumrayon anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov başda olmaqla, İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Masallı Rayon Təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri Qəhrəmanlar parkı abidəsi önünə tər qərənfil dəstələri düzərək 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad etmiş, ruhuna dualar oxumuşlar.