Masallıda "Tariximizin şanlı səhifəsi" adlı onlayn tədbir
Masallı şəhər 3 saylı tam orta məktəb və Masallı rayon Tarix Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinin icrası ilə bağlı Tədbirlər Planına əsasən 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Tariximizin şanlı səhifəsi" adlı onlayn tədbir keçirildi.
Tədbirdə Masallı RTŞ-nin məsləhətçisi H.Balakişiyev , Masallı rayon Rəhim Tağıyev adına Tarix Diarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Masallı şəhər 3 saylı tam orta məktəbin direktor müavinləri Nailə Əsədullayeva, Aynur Abbasova, tarix muəllimi Sevil Nemətova, Öncəqala kənd tam orta məktəbinin direktor muavini Dilşad Zeynalova, "Dəfinə"məktəb-liseyi, şəhər 6 saylı tam orta məktəbin muəllim və şagird kollektivləri iştirak etdilər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Masallı şəhər 3 saylı tam orta məktəbin təşkilati işlər üzrə direktor müavini Aynur Abbasova açaraq, tədbir iştirakçılarini salamladı, 20 Yanvar faciəsinin qurbanlarından danışdı.O bildirdi ki, bu faciə baş verdikdə yaşı az olsa da, yaddaşından silinməyən acı xatirələri var. Hələ gözünün qabağıdan getməyən səhnələr otuz bir ildə unudulmayıb.
Sonra Masallı RTŞ-nin məsləhətçisi Hörmət Balakişiyev Qanlı Yanvar faciəsi və xalqımızın azadlıq mübarizəsindən söhbət açdı.
Masallı şəhər Tarix Diyarşünaslıq muzeyinin diriektoru Ə.Tağıyeva 20 Yanvar faciəsi haqqinda məlumat verdi və şagirdləri muzeydə hazırlanmış sərgi ilə onlayn qaydada tanış etdi.
Tədbirdə Masallı şəhər 3 saylı tam orta məktəbin direktor müavini N.Əsədullayeva və tarix muəllimi S.Nemətova, Öncəqala kənd tam orta məktəbinin direktor müavini D.Zeynalova çıxış etdilər.
Sonda şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş təqdimatları və hazırladıqları şeirlərini təqdim etdilər.