Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin Uğuru

20 yanvar 2021 | 16:00

Vətən Müharibəsi iştirakçısı qazi əsgər Qasımzadə Ümüd İman oğlunun övladı dünyaya göz açdı. Bu münasibətlə Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, “Viləş” uşaq bağçasının müdiri Şəfa Allahverdiyeva və rayonun fəal qadınları qazinin ailəsinə baş çəkmiş və qazinin ailəsinin sevincinə şərik olmuşlar.
Vətən müharibəsində Azərbaycan ordusunun qələbəsi və qazanılmış böyük uğurla əlaqədar olaraq uşağın adını ailəsi Uğur qoymuşdur.
Qeyd etmək istərdik ki, Vətən Müharibəsi iştirakçısı qazi əsgər Qasımzadə Ümüd İman oğlu döyüşdə göstərdiyi sücayətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif olunmuşdur.
Göstərilən diqqət və qayğıya görə qazi və ailəsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, rayon rəhbərliyinə və qonaqlara minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər