Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
21 yanvar 2021 | 16:00
Masallı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir.
21 yanvar 2021-ci il tarixdə 204 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 12 nəfəri 65 yaşdan yuxarı, 69 nəfəri 50-65 yaş arası və 123 nəfəri 50 yaşadək olan şəxslərdir.
Masallı rayonu üzrə ümumilikdə 313 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 20 nəfəri 65 yaşdan yuxarı, 105 nəfəri 50-65 yaş arası və 188 nəfəri 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.