Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “8 mart Beynəlxalq Qadınlar Günü” qeyd edildi

07 mart 2015 | 16:00

07 mart 2015-ci il tarixdə R. Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbində 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir. İlk öncə rayonun idarə, müəssisə və təşkilatında çalışan fəallarından ibarət bir qrup qadın Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. 

  Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 8 mart beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmiş, son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir.

Şənlikdə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

             Yığıncaqda çıxış edən Masallı şəhər 1 saylı tam orta məktəbin müəllimi Kəmalə Bəşirova,Öncəqala kənd tam orta məktəbinin müəllimi Elmira Zeynalova və başqaları qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmişdirlər.

             Tədbirdə rayon İcra hakimiyyətinin başçısı rayonun fəal qadınlarının bir qrupuna  Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.

             Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir rayon Mədəniyyət evinin özfəaliyyət kollektivin ifasında rəngarəng musiqilərlə yekunlaşmışdır.

Keçidlər