Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Təhsil şöbəsinin onlayn iclası

22 yanvar 2021 | 16:00

22.01.2021-ci il tarixdə Masallı rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və fənn müəllimlərinin iştirakı ilə virtual iclas keçirildi.İclasda 570 nəfər iştirak edirdi.
İlk öncə Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclası Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov açaraq qeyd etdi ki, koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar dərslər distant (məsafədən) formada keçirilir. O, “Virtual məktəb” layihəsi üzrəindən Microsoft TEAMS proqramı ilə dərslərə qoşulan aktiv şagirdlərin sayının artırılmasını tapşırdı. T.Əkbərov qeyd etdi ki, Təhsil Nazirliyi kollegiyasının qərarı ilə məktəbdaxili (attestasiya) qiymətləndirmə Qaydaları təsdiq edilmişdir. O, məktəb rəhbərlərinə Qaydalara ciddi riayət edilməyi, tədris–pedaqoji sənədlərin vaxtında və təlimata uyğun aparılmasını, qanunçuluğa ciddi əməl edilməsini tapşırdı.
Tariyel Əkbərov qeyd etdi ki, bu gün Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq keçirilib. O, qeyd etdi ki, 1 fevral 2021-ci il tarixdən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacağı planlaşdırılır. Qeyd edilən tarixdən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. Bununla bağlı məktəblərdə pandemiya qaydalarına uyğun hazırlıq işləri görülməlidir.
Rayon Təhsil Şöbəsinin böyük məsləhətçisi Qoşqar Hətəmov “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” haqqında iclas iştirakçılarına məlumat verdi. Q.Hətəmov onu da qeyd etdi ki, IX – XI sinif şagirdləri arasında fənn olimpiadaları keçiriləcəkdir. O, iclas iştirakçılarını fənn olimpiadalarının keçirilmə qaydaları ilə tanış edti.
İclasın sonunda Həsənli kənd tam orta məktəbinin direktoru Yaqub Ələmov, Mahmudavar kənd ümumi orta məktəbinin direktoru İsa İbadov, Tüklə kənd tam orta məktəbinin direktoru Hakim Qurbanov və digərlərinin sualları cavablandırıldı.

Keçidlər