Masallı gəncləri 2020
Masallı rayon Gənclər və İdman İdarəsinin 2020-ci il ərzində gənclərlə iş və bədən tərbiyəsi sahəsində həyata keçirdiyi tədbirlər
Hesabat dövdü ərzində Masallı rayonunda “Gənclər Siyasəti haqqında Azərbaycan Respublikası qanunu”, Nazirlik və Rayon rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq. 2020-ci il ərzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndləri :Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, Gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, Gənclərin intellektual fəaliyyətinin dəstəklənməsi və elmə həvəsləndirilməsi və s.Dövlət Proqramlarının müvafiq bədləri üzrə il ərzində əlaqədar təşkilatlarla birgə müvafiq tədbirlə həyata keçirilmış və maarifləndirmə işləri aparılmışdır.
2020-ci il Masallı rayon gəncləri üçün əlamətdar illərdən biri olmuşdur .Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2020-ci il “Könüllülər ili” elan olunması və Gənclər və İdman Nazirliyi tərəfindən 2020-ci ildə keçirilən müsabiqədə gənclərimiz xüsusi fəallığı nəticəsində Masallı rayonunun "Gənclər Paytaxtı" müsabiqəsinin qalibi olması gənclərlə iş və idman sahəsi üzrə keçirilən tədbirlərin canlanmasına səbəb olmuşdur.
Belə ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar olaraq rayon məktəblərinin IX-XI sinif şagirdləri arasında “İnşa yazı” müsabiqəsi, 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar olaraq gənclər arasında “Rəsm” müsabiqəsi, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərlə əlaqədar olaraq ilk dəfə seçkilərdə iştirak edəcək gənc seçicilərlə maarifləndirci tədbir, “Könüllülər ili” ilə əlaqədar olaraq gənclər arasında “Breyn rinq” intellektual yarışı üzrə rayon birinciliyi, gənclər arasında “Könüllülər-2020” mövzusunda konfrans, “02 fevral –Azərbaycan Gənclər Günü” rayonda təntənəli şəkildə qeyd olmuşdur, 26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq Masallı rayon tam orta və ümumi orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında “Inşa yazı” müsabiqəsi , 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq gənclər arasında “Mən könüllüyəm” adlı “İnşa yazı “ müsabiqəsi, 26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü ilə əlaqədar olaraq gənclər üçün “Xocalı qətliamı” filmi nümayiş, “26 fevral – Xocalı Soyqırımı günü”nün ildönümü ilə əlaqədar ədəbi–bədii kompazisiya, “Gənclər Paytaxtı-2020” seçilməsi münasibəti ilə Milli-mədəni irsin gənclərə tanıdılması diyarşünaslığın inkişaf etdiriməsi məqsədi ilə rayonda yerləşən Tarix Diyarşünslıq muzeyinə gənclərin ekskursiysı, “Gənclər Paytaxtı-2020” seçilməsi münasibəti ilə “Breyn rinq” intellektual yarışı üzrə gənclər arasında açıq rayon birinciliyi keçirilmişdir.
Bundan başqa mövcud yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi il tədbirlərimiz onlayn qaydada həyata keçirilmişdir. “Gənclər Paytaxtı-2020” seçilməsinə həsr olunmuş tələbələr arasında onlayn qaydada “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə gənclər arasında fərdi olaraq onlayn qaydada “Breyn-rinq” intellektual bilik yarışı, Könüllülər ilinə həsr olunmuş gənclər arasında onlayn qaydada “Xəmsə” Milli intellektual oyunu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 14-29 yaşlı gənclər (Masallı rayon tam orta və ümumi orta ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri , kollec, ali təhsil müəssisələrinin tələbələri) arasında onlayn qaydada “Evdə qal evdə yarat” , “Rəsm və Əl işləri “ müsabiqələri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda onlayn konfrans, tarixlərdə “Masallı Gənclər Paytaxtı-2020” seçilməsi münasibəti ilə "Milli filmlərimiz”, Azərbaycan kinosunu təbliği və yeni çəkilmiş filmlərin gənclər arasında təbliğ etmək məqsədi ilə onlayn kino aylığı, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı onlayn vətənpərvərlik aksiyası, “Masallı Gənclər Paytaxtı-2020” seçilməsi və “ 01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş uşaqlar arasında onlayn şeir müsabiqəsi, “02 iyul –Azərbaycan Polisi “ gününə həsr olunmuş “Mənim polisim” adlı sosial aksiya, “Vətənə sevgi ən ülvi hisdir” adlı onlayn konfrans, 12 avqust “Beynəlxalq Gənclər Günü” münasibəti ilə “Gənclər bizim sabahımızdır” mövzusunda gənclərlə zoom proqramı vasitəsi ilə onlayn görüş, “2020- Masallı Gənclər Paytaxtı “seçilməsi münasibətilə “Bu günün gəncləri sabahın qurucularıdır” adlı onlayn konfrans və s. Tədbirlər təşkil edilmişdir.
Hesabat dövrü ərzində gənclər sahəsi üzrə keçirilən 30 sayda rayondaxili tədbirdə 2000 nəfərdən artıq yeniyetmə və gənc iştrak etmişdir.