Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

04 mart 2015 | 16:00

4 mart 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının qərargahında Gənclər Birliyinin IV konfransı keçirilib. 
Konfrans iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan Xalqının Ümumillimilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra konfrans YAP Masallı rayon təşkilatının inzibati binasının akt zalında davam edib. Konfrans iştirakçıları YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin gördüyü işlərlə bağlı hazırlanmış foto-slayda tamaşa ediblər.
Konfransda Yeni Azərbaycan Partiyasının Şura üzvü, “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov iştirak ediblər.
YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərdən ibarət Şurası, 11 nəfərdən ibarət isə İdarə Heyətinin üzvləri seçilib. İştirakçıların yekdil rəyi ilə Hüseynov Məmmədhüseyn Rizvan oğlu YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri, Əliyev Cəlal Aftandil oğlu sədrin I müavini, Əsgərov Tofiq Asif oğlu və Bəşirova Kəmalə Məsləhət qızı müavinləri seçiliblər.  Konfransda YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr də seçilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Zati-Aliləri cənab İlham Əliyevə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin IV konfransı iştirakçıları adından müraciət ünvanlanıb.

Keçidlər