Masallıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə davam edir
23 yanvar 2021 | 16:00
Masallı rayonunda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir.
23 yanvar 2021-ci il tarixdə 19 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 1 nəfəri 65 yaşdan yuxarı, 3 nəfəri 50-65 yaş arası və 15 nəfəri 50 yaşadək olan şəxslərdir.
Masallı rayonu üzrə ümumilikdə 491 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunmuşdur ki, onlardan 35 nəfəri 65 yaşdan yuxarı, 180 nəfəri 50-65 yaş arası və 276 nəfəri isə 50 yaşadək olan şəxslərdir. Hazırda Masallı rayonu üzrə əhalinin vaksinləşməsi davam etdirilir.