Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda sosial müavinət alanlar

24 yanvar 2021 | 16:00

Masallı rayonunda 11441 nəfər sosial müavinət alır. 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialından verilən məlumata görə Masallı rayonu üzrə 11441 nəfər sosial müavinət alır ki, onlardan yaşa görə - 2364 nəfər, ailə başçısını itirməyə görə - 1558 nəfər, Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü - 2 nəfər, beşdən çox uşağı olan qadınlar - 46 nəfər, Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 1515 nəfər, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına - 3 nəfər, Əlilliyə görə müavinət I qrup - 930 nəfər, Əlilliyə görə müavinət II qrup - 2986 nəfər və əlilliyə görə III qrup müavinət alanlar isə 1617 nəfər təşkil edir.

Keçidlər