Masallıda şəhid ailələri və qazilərə diqqət artır
Masallı RİHB aparatının əməkdaşları şəhid ailələri və qaziləri daim diqqətdə saxlayırlar
Masallı rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları mütəmadi olaraq Vətən müharibəsində canından keçərək ali zirvəyə yüksəlmiş şəhidlərin və qanı bahasına döyüşərək yaralanmış qazilərə baş çəkirlər. Artıq bu cür addımlar Masallı rayonunda ənənə halını alıb. Belə ki, həftə ərzində rayon İcra hakimiyyətinin əməkdaşları şəhid ailələrini və qaziləri ziyarət edir, onların problemləri ilə maraqlanır, onları narahat edən məsələlərin həllində onlara dəstək olurlar. Belə bir nəcib davranışa rayonun müxtəlif zümrələrindən olan şəxslərdə biganə qalmayaraq qatılır və onlarda öz növbələrində şəhid ailələrinə və qazilərə dəstəklərini əsirgərmirlər.